...

Bakıda "Makdonalds"a bomba qoyulması ilə bağlı xəbər yayıldı

Hadisə Materials 19 May 2009 21:02 (UTC +04:00)

Azərbaycan, Bаkı, 19 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan paytaxtında daha bir obyektə bomba qoyulması barədə Daxili İşlər Nazirliyində fəaliyyət göstərən "Qaynar xətt"ə anonim zəng daxil olub.

"Axşam saat 20:08-də şəxsiyyəti məlum olmayan şəxs zəng vuraraq Nərimanov rayonunda, "Nərimanov" metrostansiyası yaxınlığındakı "Makdonalds"a bomba qoyulduğunu deyib", - çərşənbə axşamı Trend -a Nərimanov Rayon Polis İdarəsindən bildirilib.

17-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gedərək araşdırma aparıblar. "Yeməkxananın xidmətindən istifadə edən müştərilər, əməkdaşlar və yaxın ərazidəki əhali evakuasiya olunub. Araşdırmadan sonra bombanın qoyulmadığı məlum olub", - məlumatda deyilir.

Buna baxmayaraq əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstəsi də gətirilib. Yenidən axtarış aparıldıqdan sonra bomba qoyulması ilə bağlı məlumatın yalan olduğu bir daha təsdiqlənib.

Xatırladaq ki, bu, son bir ay ərzində Bakının müxtəlif rayonlarında metrostansiyalarına və digər obyektlərə bomba qouylması ilə bağlı dördüncü anonim zəngdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti