...

Azərbaycanın Gəncə şəhərində həkim-cərrahın avtomobilinə qumbara atılıb

Hadisə Materials 7 İyul 2009 12:20 (UTC +04:00)
Azərbaycanın Gəncə şəhərində həkim-cərrahın avtomobilinə qumbara atılıb

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir K. Zərbalıyeva /

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) cərrah-həkimin avtomobilinə qumbara atılıb.

Gəncə Şəhər Prokurorluğundan çərşənbə axşamı Trend -a verilən məlumata görə, bu gün səhər saatlarında Abbas Səhhət adına 1 saylı Xəstəxananın cərrah-həkimi Ədnan İsmayılovun idarə etdiyi "Mersedes" markalı avtomobilə atılan qumbaranın partlaması nəticəsində həkim ağır bədən xəsarəti alıb.

İsmayılov ağır vəziyyətdə həmin xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs, Rusiya vətəndaşı, 37 yaşlı Abbasov Fikrət Musa oğlu saxlanılıb.

Verilən məlumata görə, hadisəyə səbəb İsmayılovun Abbasovun anasını əməliyyat edərkən xəstənin ölməsi olub. Buna görə də, Abbasov həkimi öldürməyə cəhd edib.

Hadisə həkim səhər işə gedən zamanı baş verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti