...

ARDNŞ dalğıcları Xəzərdə vertolyot qəzası nəticəsində həlak olmuş iki nəfərin cəsədini çıxarıblar

Hadisə Materials 15 İyul 2009 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend /

Dərinə dalma üçün xüsusi barokamera ilə təchiz olunmuş "Əli Əmirov" gəmisinin dalğıcları ARDNŞ-in dəniz platformalarından birində Mİ-8 vertolyotunun qəzaya uğraması nəticəsində həlak olmuş iki şəxsin (Viktor Maskolenko və Rafiq Nemətov) cəsədini çıxarıblar. Bu barədə çərşənbə günü şirkətdən bildirilib.
"Pis hava şəraiti ilə əlaqədar qəza nəticəsində dənizə düşən vertolyot qaldırılmayıb. Vertolyotun bu gün ərzində qaldırılması planlaşdırılır", - deyə ARDNŞ-dən bildirilib.
Iyulun 12-də qəzaya uğramış vertolyot hazırda suyun 90-95 metr dərinliyində yerləşir. Vertolyotda üç heyət üzvü və üç sərnişin olub. Komandir Alik Əliyev, ikinci pilot Vitali Nekrasov, bortmexanik Adil Əzimov və ARDNŞ şirkətinin "28 May" Neft Hasilatı İdarəsinin kompressor sexinin dizelçisi Aydın Talıbov xilas edilib.
Baş Prokurorluğun Xüsisi Ağır Cinayətlərə dair Araşdırma İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Hava hərəkəti təhlükəsizliyi və istismar qaydalarının pozulması" maddəsi ilə  cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti