...

Azərbaycanın paytaxtında yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 19 Aprel 2010 12:18 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının bazar ertəsi yaydığı məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli kommunaltipli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus - ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzildə otaqların birində partlayış baş verib.
Azərbaycanın paytaxtında yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında yaşayış binasında partlayış olub, xəsarət alanlar var.

Fövqəladə Hallar Nazirliyinin internet saytının bazar ertəsi yaydığı məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli kommunaltipli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus - ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzildə otaqların birində partlayış baş verib.

Partlayış zamanı yanğın hadisəsi olmayıb.

Nəticədə, mənzilin otaqlarının arakəsmə divarlarında çatlar əmələ gəlib, ev sahibi və həmin vaxt mənzildə olan daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 2-si xəstəxanaya aparılıb.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti