...

Sumqayıtda zorakı ölümdən vəfat etmiş beş nəfərin meyiti aşkar edilib

Hadisə Materials 11 Noyabr 2010 23:41 (UTC +04:00)
Noyabrın 10-dan 11-nə keçən gecə Sumqayıt şəhərində zorakı ölümdən vəfat etmiş beş nəfərin meyiti aşkar edilib. Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəsmi İnternet saytlarında yerləşdirilmiş həmin qurumların mətbuat xidmətlərinin birgə bəyanatlarında bildirilib.
Sumqayıtda zorakı ölümdən vəfat etmiş beş nəfərin meyiti aşkar edilib

Noyabrın 10-dan 11-nə keçən gecə Sumqayıt şəhərində zorakı ölümdən vəfat etmiş beş nəfərin meyiti aşkar edilib. Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəsmi İnternet saytlarında yerləşdirilmiş həmin qurumların mətbuat xidmətlərinin birgə bəyanatlarında bildirilib.

Əvvəlcə şəhərin 17-ci mikrorayonundakı 46 saylı evin qarşısında naməlum kişi meyiti tapılıb. Aparılmış araşdırmalarla mərhumun qonşuluqdakı 55 saylı binada yaşayan 1970-ci il təvəllüdlü Elşad Karpat oğlu Rüstəmzadə olduğu müəyyən edilib. Səhər saatlarında onun yaşadığı mənzilə baxış keçirilərkən atası, 1928-ci il təvəllüdlü Karpat Rüstəmovun, həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rüstəmzadənin, qızları 12 yaşlı Samirə və 7 yaşlı Nərgizin küt alətlə qətlə yetirilmiş meyitləri tapılıb.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbər işçiləri, həmçinin Sumqayıt şəhər prokurorluğunun və polis idarəsinin əməkdaşları hadisə yerində olmuşlar.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə cinayət işi başlanmışdır.

İlkin araşdırmalarla çərşənbədən cümə axşamına keçən gecə Elşad Rüstəmzadənin yaşadığı mənzildə atası Karpat Rüstəmovu, həyat yoldaşı Ülviyyəni və iki azyaşlı uşağını qəsdən öldürməsi, daha sonra isə özünü qonşuluqdakı doqquzmərtəbəli binanın damından ataraq intihar etməsi müəyyən edilib.

Bundan əlavə müəyyən olunmuşdur ki, Elşad Rüstəmzadə son dövrlər psixi xəstəlikdən əziyyət çəkirmiş və bununla əlaqədar Sumqayıtdakı 2 saylı poliklinikaya müraciət edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti