...

Azərbaycanın şimalında avtoxuliqanlıq edən şəxs polis əməkdaşını vurub

Hadisə Materials 22 Noyabr 2010 13:55 (UTC +04:00)
Nəticədə xəsarət almış Süleymanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.
Azərbaycanın şimalında avtoxuliqanlıq edən şəxs polis əməkdaşını vurub

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimalında avtoxuliqanlıq edən şəxs polis əməkdaşını vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, noyabrın 20-də saat 16:00 radələrində Quba ərazisində rayon sakini Rəhim Süleymanov "Hyundai-Sonata" markalı maşınla avtoxuliqanlıq edib, həmin ərazidə xidmət aparan Quba rayon Polis Şöbəsinin (RPŞ) post patrul xidmətinin əməkdaşı, polis serjantı Elnur Süleymanovun qanuni tələbinə tabe olmayıb və onu avtomaşınla vurub.

Nəticədə xəsarət almış Süleymanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Süleymanov tutulub.

Xəbər lenti

Xəbər lenti