...

Bakıda poladəritmə zavodunun ərazisində döyüş sursatları aşkarlanıb

Hadisə Materials 24 Noyabr 2010 17:34 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə günü yaydığı məlumata görə, bu barədə məlumat daxil olandan sonra nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Bakıda poladəritmə zavodunun ərazisində döyüş sursatları aşkarlanıb

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Baku Steel Company" şirkətinin poladəritmə zavodunun ərazisində döyüş sursatları aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə günü yaydığı məlumata görə, bu barədə məlumat daxil olandan sonra nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Məlum olub ki, qeyd olunan zavoda emal üçün gətirilmiş metal qırıntılarının arasında zavod əməkdaşları tərəfindən partlamamış döyüş sursatları aşkar olunub. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların 1 ədəd istifadə üçün yararlı "RQO" qəlpəli əl qumbarası, 4 ədəd "MUV-1" modernləşdirilmiş universal partlayıcı, 1 ədəd "SPQ-9" mərmisi və 14 ədəd 16 mm fişəngin olduğu müəyyən edilib.

Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Axtarış işləri nəticəsində qeyd olunan ərazidə digər partlayış təhlükəli döyüş sursatları aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti