...

Şabran şəhərində qəbirlərin üzərində təhqiredici hərəkətlər etmiş şəxs tutulub

Hadisə Materials 14 Dekabr 2010 13:32 (UTC +04:00)
Onun barəsində cinayət işi başlanıb. Istintaq aparılır.
Şabran şəhərində qəbirlərin üzərində təhqiredici hərəkətlər etmiş şəxs tutulub

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Şabran şəhərində qəbirlərin üzərində təhqiredici hərəkətlər etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də saxlanılan, əvvəllər məhkum olunmuş Arif Əliyev "Xaltan" qəbiristanlığındakı qəbirlərin üzərində təhqiredici hərəkətlər edib.

Onun barəsində cinayət işi başlanıb. Istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti