Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Lənkəranda yanğın ölümlə nəticələnib.
Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir ki, Lənkəran şəhəri Şəhidlər xiyabanı küçəsi, dalan 4-də yaşayan Məmməd Məmmədova məxsus 1 mərtəbəli 3 otaqlı fərdi evdə yanğın baş verib.
Nəticədə ev əşyaları ilə birgə tamamilə yanıb. Yanğın söndürüləndən sonra Məmmədovun yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.