...

Qəbələ RLS-də rus zabitinin qətlini araşdırmaq üçün Rusiya Hərbi Prokurorluğunun istintaq qrupu Azərbaycana gəlib

Hadisə Materials 6 Yanvar 2011 13:48 (UTC +04:00)
Qəbələ Radiolokasiya Stansiyasında (RLS) qətlə yetirilən rus zabitinin ölümünü araşdırmaq üçün Rusiya Hərbi Prokurorluğunun istintaq qrupu Azərbaycana gəlib.
Qəbələ RLS-də rus zabitinin qətlini araşdırmaq üçün Rusiya Hərbi Prokurorluğunun istintaq qrupu Azərbaycana gəlib

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Qəbələ Radiolokasiya Stansiyasında (RLS) qətlə yetirilən rus zabitinin ölümünü araşdırmaq üçün Rusiya Hərbi Prokurorluğunun istintaq qrupu Azərbaycana gəlib.

Hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə cümə axşamı Trend-ə bildirib ki, RLS Rusiyaya icarəyə verildiyi üçün cinayət işi ilə bağlı istintaqı bu ölkənin prokurorluğu aparır.

Mənbə bildirib ki, yanvarın 1-dən 2-nə keçən gecə Qəbələ RLS-də xidmət edən, Rusiya zabiti Sergey Mixayloviç Qraçov hərbçi yoldaşı tərəfindən qətlə yetirilib.

Məlumata görə, hərbçi yoldaşı yatdığı yerdə Qraçovun başını kəsib. Qətli törədən şəxsin də milliyyətcə rus olduğu bildirilir.

Azərbaycan Hərbi Prokurorluğunun əməkdaşları da hadisə yerində olub.

Xəbər lenti

Xəbər lenti