...

Ötən ilin dördüncü rübündə Azərbaycanda 7 partlayış, 1126 yanğın qeydə alınıb - FHN

Hadisə Materials 15 Yanvar 2011 13:15 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, ötən ilin oktyabr, noyabr və dekabr aylarında qeydə alınan partlayışların 4-ü fərdi yaşayış evlərində, 2-si çoxmənzilli yaşayış evlərində, 1-i isə texnoloji qurğularda baş verib.
Ötən ilin dördüncü rübündə Azərbaycanda 7 partlayış, 1126 yanğın qeydə alınıb - FHN

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ilin son 3 ayında respublikada 7 partlayış hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, ötən ilin oktyabr, noyabr və dekabr aylarında qeydə alınan partlayışların 4-ü fərdi yaşayış evlərində, 2-si çoxmənzilli yaşayış evlərində, 1-i isə texnoloji qurğularda baş verib.

Partlayışlar zamanı 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

140 qəza-xilasetmə əməliyyatı zamanı FHN əməkdaşları tərəfindən 178 nəfər xilas edilib, 6 nəfər dünyasını dəyişib.

Qəza-xilasetmə əməliyyatlarından 7-si partlamamış silah-sursatın aşkarlanması, 1-i mənzildə qaz sızması, 89-u mənzildə bağlı qapı arxasında kimsəsiz və köməksiz insan faktorunun olması, 52-si liftdə qalma ilə bağlıdır.

Ötən ilin son rübündə 1 126 yanğın hadisəsi zamanı 21 nəfər dünyasını dəyişib, 27 nəfər xəsarət alıb, 1 nəfər xilas edilib. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə yanğınlar artıb.

2009-cu ilin 4-cü rübündə 810 hadisə zamanı 10 nəfər dünyasını dəyişib, 15 nəfər xəsarət alıb, 31 nəfər xilas olunub.

Xəbər lenti

Xəbər lenti