Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Trend-in xəbərinə görə, nazirliyin məlumatında bildirilir ki, ötən gecə Bakının Səbail rayonunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində qarderob otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə və ikinci mərtəbənin döşəməsinin yanar konstruksiyaları 5 kvadratmetr sahədə yanıb.
Hadisə zamanı binada olan gözətçi tüstüdən zəhərlənib.
Məlumata əsasən, həmin şəxs xəstəxanaya aparılıb. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.