...

Bakı şəhərindəki kafelərin birində partlayış olub, 3 nəfər xəsarət alıb

Hadisə Materials 16 Fevral 2011 13:48 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin İnternet saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda ümumi sahəsi 240 kvadratmetr olan kafenin mətbəxində partlayışla nəticələnən yanğın baş verib.
Bakı şəhərindəki kafelərin birində partlayış olub, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhərindəki kafelərin birində partlayış olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin İnternet saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda ümumi sahəsi 240 kvadratmetr olan kafenin mətbəxində partlayışla nəticələnən yanğın baş verib.

Nəticədə, mətbəxin yanar konstruksiyaları 24 kvadratmetr sahədə yanıb, dam örtüyü, arakəsmə divarları və pəncərə şüşələri dağılıb.

Hadisə zamanı kafedə olan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti