...

İbrahim Tatlısəsin vurulması ilə bağlı 20 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB 7)(VİDEO)

Hadisə Materials 17 Mart 2011 10:31 (UTC +04:00)
Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs silahlı basqıya məruz qalıb. Trend-in məlumatına görə, bu barədə CNN Türk məlumat yayıb.
İbrahim Tatlısəsin vurulması ilə bağlı 20 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB 7)(VİDEO)

Son dörd abzasa təfərrüatlar əlavə olunub (ilk xəbər bazar ertəsi 04:16-da yayılıb)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs silahlı basqıya məruz qalıb. Trend-in məlumatına görə, bu barədə CNN Türk məlumat yayıb.

Odlu silahla başından vurulan Tatlısəs əməliyyat olunub, onun vəziyyəti ağır olaraq qalır.

Məlumata əsasən, müğənni televiziya şousunda çıxış edən zaman yaralanıb. Onun assistenti çiynindən vurulub.

Polis qara maşının içindən atəş açan və daha sonra cinayət yerindən qaçan basqınçılarının axtarışına başlayıb.

Acıbadəm xəstəxanasının həkimləri hadisə ilə bağlı açıqlama veriblər.

"Gecə saat 01:00 radələrində İbrahim Tatlısəs sağ qafa sümükləri, beynin ön və ya sümüklərində qırıqlar, beyin qılafında ciddi xəsarət və qanama ilə xəstəxanaya gətirilib. Bəhs etdiyimiz problemlərin hamısı cərrahiyyə əməliyyatı nəticəsində aradan qaldırılıb. Onun başında güllə dəliyi olduğu üçün, 24 saat narkoz altında tutulması gərəkdir", - həkimlər bildiriblər.

Bundan başqa, İbrahim Tatlısəsin vücudunun sol tərəfində müvəqqəti iflic var. Onun həyatının hələ də risk altında olduğu bildirilir.

Dünən gecə silahlı basqına məruz qalan İbrahim Tatlısəsin həkimləri yeni açıqlama ilə çıxış ediblər.

Məşhur müğənniin beyininin xəsarət aldığını bildirən həkimlər onun hadisə zamanı iflic keçirdiyini deyiblər.

"Yaralanma ilə əlaqədar beynində ciddi xəsarət var. Açıq beyin yarası mövcuddur. Lazımi yardımı göstərdik. Hansısa xəsarətin qalıb-qalmayacaını bilmək üçün bir qədər gözləmək lazımdır".

Baş nazir Rəcəb Tayyib Ərdoğan İbrahim Tatlısəsin müalicəsi üçün nə lazımdırsa edilməsi haqqında göstəriş verib.

Müğənninin qardaşı Hüseyn Tatlı Türkiyə mediasına verdiyi açıqlamasında bildirib ki, İbrahim Tatlısəsin səhhəti yaxşılaşsa da, onun bir daha səhnəyə çıxmayacağı müəyyənləşib.

Həkimlərin verdiyi məlumata görə, İbrahim Tatlısəsin bu gün də komadan ayılacağı mümkün deyil.

Türkiyə mediasının yaydığı məlumata görə, İbrahim Tatlısəs 5 ay bundan əvvəl ona edilən ölüm hədələri ilə bağlı Türkiyə Cümhuriyyəti baş prokurorluğuna ərizə ilə müraciət edib. Sənətçi baş prokurorluğa yazdığı şikayət ərizəsində bildirib ki, fasiləsiz olaraq onun şirkətinə edilən telefon zənglərində o ölümlə hədələnir. Bu fakt müğənnin vəkili tərəfindəndə təsdiqlənir. Vəkil həmçinin bildirib ki, işin araşdırılması Şişli qəsəbəsi prokurorluğuna verilsə də heç bir nəticə əldə olunmayıb.

İbrahim Tatlısəsin həkiminin verdiyi açıqlamaya görə, müğənni ötən gecədən etibarən süni nəfəs aparatından ayrılıb.

"O, özü nəfəs ala bilir. Bu, mühüm irəliləyişdir. Reanimasiyada müalicəsi davam etdiriləcək. Hələ həyati təhlükəni arxada qoymayıb. Amma əvvəllə müqayisədə vəziyyəti çox yaxşıdır. Beyindaxili təzyiqi azalıb".

Bu gündən Tatlısəs danışmağa başlayıb.

Türkiyə polisinin çərşənbə günü verdiyi məlumata görə, İbrahim Tatlısəsin vurulması faktı ilə bağlı 110 nəfərin ifadəsi alınıb.

İbrahim Tatlısəsə sui-qəsddə şübhəli bilinən 20 nəfər İstanbul polisi tərəfindən saxlanılıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nəzarətə alınanlardan biri daha əvvəl də Tatlısəslə problemi olan Abdullah Uçmaqdır. Abdullah Uçmaq və onun 4 adamı daha əvvəl də İbrahim Tatlısəsə sui-qəsd hazırladıqları üçün mühakimə olunmuşdu.

Hadisədə istifadə edilən uzun lüləli silahın da ələ keçirildiyi bildirilir. Bununla bərabər polisin əməliyyatı davam etdirdiyi və daha 20 nəfər də saxlanılıb.

Abdullah Uçmağın 20 gün əvvəl həbsxanadan çıxdığı və daha əvvəl də cəzası bitdiyində İbrahim Tatlısəsi öldürəcəyi təhdidi etdiyi qeyd olunur. Onun daha əvvəl Tatlısəsdən xərac istədiyi və bu səbəblə aralarında başlayan qarşıdurmanın nəticəsndə müğənninin Uçmağın adamlarından birini vurduğu və qarşı tərəfin barışmaq üçün 25 min lirə qan pulu istədiyi iddia edilir.

Xəbər lenti

Xəbər lenti