...

Azərbaycanda cəzaçəkmə müəssisəsində iranlı məhkum ölüb

Hadisə Materials 14 Mart 2011 13:29 (UTC +04:00)
Azərbaycanda cəzaçəkmə müəssisəsində iranlı məhkum ölüb.
Azərbaycanda cəzaçəkmə müəssisəsində iranlı məhkum ölüb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəzaçəkmə müəssisəsində iranlı məhkum ölüb.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 13-də Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İran vətəndaşı Vahidi Xatuni Həbib Əhməd oğlu qəfildən keçinib.

İlkin məlumatlara görə, məhkum ürək tutmasından ölüb.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin olunub.

Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Vahidi Xatuni Həbib Əhməd oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum olunub.

Xəbər lenti

Xəbər lenti