...

Bakıda notariat kontorundan oğurluq edən şəxs tutulub

Hadisə Materials 16 Mart 2011 13:27 (UTC +04:00)
O, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təhvil verilib.
Bakıda notariat kontorundan oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda notariat kontorundan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarış İdarəsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Bakıxanov qəsəbəsi A.Alı küçəsində yerləşən 16 saylı Dövlət Notariat Kontorundan oğurluğa cəhd göstərmiş Suraxanı rayon sakini Ceyhun Vəliyev tutulub.

O, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təhvil verilib.

Bölmədə Quliyevin üstünə baxış keçirilən zaman 3 ədəd vintaçan, 1 ədəd "Texnika Bank" ASC yazısı olan çek kitabçası və 2 ədəd açar aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti