...

Bakı polisi əvvəllər məhkum olunmuş iki nəfəri saxlayıb

Hadisə Materials 31 Mart 2011 11:03 (UTC +04:00)
Bakı polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər keçmiş məhkumu saxlayıb.
Bakı polisi əvvəllər məhkum olunmuş iki nəfəri saxlayıb

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər keçmiş məhkumu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirxan Quliyevdən 0,293 qram heroin götürülüb.

Quliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun martın 28-də Cavid Soltanova məxsus "Mercedes" markalı və martın 29-da Mirzalı Tapdıqlıya məxsus "Mercedes" markalı avtomaşınlardan oğurluq etdiyi də müəyyənləşdirilib.

Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elçin Məhərrəmovdan 715 qram tiryək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti