...

Azərbaycana gizli yolla gətirilən Çin istehsalı olan mobil telefonlar saxlanılıb

Hadisə Materials 30 Aprel 2011 11:22 (UTC +04:00)
Azərbaycana gizli yolla gətirilən Çin istehsalı olan mobil telefonlar saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.
Azərbaycana gizli yolla gətirilən Çin istehsalı olan mobil telefonlar saxlanılıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycana gizli yolla gətirilən Çin istehsalı olan mobil telefonlar saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.

Tovuz rayonunda Gürcüstandan Azərbaycana gələn Gəncə şəhər sakini Hüseynov Mahir Bəhram oğlunun idarə etdiyi "Mersedes-Benz 290 D" markalı 10-XF-290 dövlət nömrə nişanlı minik maşınına gömrük nəzarəti həyata keçirilib. Əməliyyat zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilmiş ümumi dəyəri 10910 manat olan 91 ədəd Çin istehsalı olan mobil telefonlar və onlara aid 220 ədəd aksessuarlar aşkar edilərək götürülüb.

Gürcüstandan Azərbaycana gələn Marneuli rayonu sakini Əliyev Faiq Nəsib oğlunun idarə etdiyi "Mersedes-Benz 190" markalı 10-OJ-182 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Bu zaman avtomobilin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən və qabaq sağ və sol qanadlarının üzlüklərinin altında gömrük nəzarətindən gizlədilmiş 101 ədəd Çin istehsalı olan mobil telefonlar və onlara aid 389 ədəd aksessuarlar aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti