...

Zaqatalada yol qəzasında bir ailənin iki üzvü ölüb, ikisi isə xəsarət alıb

Hadisə Materials 23 May 2011 13:37 (UTC +04:00)
Zaqatalada motosikletlə yol qəzası törədilib, qəzada bir ailənin iki üzvü ölüb.
Zaqatalada yol qəzasında bir ailənin iki üzvü ölüb, ikisi isə xəsarət alıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Zaqatalada motosikletlə yol qəzası törədilib, qəzada bir ailənin iki üzvü ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala rayonunun Mazıx kəndi ərazisində, rayon sakini İsa Nuhiyevy dövlət qeydiyat nişanı olmayan "İS" markalı motosikleti idarə edərkən onu hasara vurub.

Nəticədə Nuhiyevin sərnişinləri - arvadı Sona, oğlu 3 yaşlı Ağa hadisə yerində ölüb.

Nuhiyev və qızı 2 yaşlı Fatma isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti