...

Azərbaycanda yay mövsümünə qədər 325 nəfər qidadan zəhərlənib

Hadisə Materials 2 İyun 2011 15:26 (UTC +04:00)
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 258 qida zəhərlənməsi hadisəsi baş verib. Bunu cümə axşamı Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.
Azərbaycanda yay mövsümünə qədər 325 nəfər qidadan zəhərlənib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 258 qida zəhərlənməsi hadisəsi baş verib. Bunu cümə axşamı Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 325 nəfər zəhərlənib.

Zəhərlənmə hallarının 17-i botulizm hadisəsidir.

Botulizm nəticəsində 35 nəfər zəhərlənib, onlardan 1-i dünyasını dəyişib.

Abdullayev deyib ki, bu il baş vermiş bütün zəhərlənmə hadisələri yalnız məişət şəraitində hazırlanmış məhsullardan baş verib.

İctimai-iaşə və ticarət müəssisələrinin qidalarından isə zəhərlənən olmayıb.

Ötən il Azərbaycanda 644 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 768 nəfər zəhərlənib. Zəhərlənmə nəticəsində 2 nəfər dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti