Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda ər-arvad hamamda yanıb.
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən Sabunçu rayonu, balaxanı qəsəbəsi, ikinci mədən küçəsində yeni tikilidə yaşayan 43 yaşlı Qabil Sadıqov və onun həyat yoldaşı, 42 yaşlı Afidə Abbasova hamamda yanıblar.
Onların hər ikisi 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
Abbasova aldığı xəsarətlərdən xəstəxanada ölüb, Sadıqovun isə vəziyyəti ağırdır.
Faktla bağlı Sabunçu rayon prokuroluğunda araşdırma aparılır.