...

Kürdəmirdə ağır yol qəzası olub: 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Hadisə Materials 11 İyul 2011 13:01 (UTC +04:00)
Nəticədə Atakişiyevin sərnişini, Kürdəmir rayon sakini Vidadi Sadıqov hadisə yerində ölüb, xəsarət almış Atakişiyev və digər sərnişini Muğan Qurbanov xəstəxanaya yerləşdiriliblər.
Kürdəmirdə ağır yol qəzası olub: 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Kürdəmirdə ağır yol qəzası olub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 9-da saat 21:20 radələrində Kürdəmir rayonu ərazisində Zahir Atakişiyevin idarə etdiyi "QAZ-24" markalı və Bakı şəhər sakini Bilal Babayevin idarə etdiyi "MAZ-5334" markalı avtomaşınlar toqquşub.

Nəticədə Atakişiyevin sərnişini, Kürdəmir rayon sakini Vidadi Sadıqov hadisə yerində ölüb, xəsarət almış Atakişiyev və digər sərnişini Muğan Qurbanov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aprılır.

Xəbər lenti

Xəbər lenti