Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda baş redaktor rüşvət alarkən tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində "Azərbaycan Gündəmi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Elnur Məmmədov 1000 manat rüşvət alarkən yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.