...

Bakıda yarım il ərzində yol qəzalarında 150-dən çox adam ölüb

Hadisə Materials 14 İyul 2011 18:21 (UTC +04:00)
Bakıda 6 ay ərzində yol qəzalarında 151 nəfər həlak olub.
Bakıda yarım il ərzində yol qəzalarında 150-dən çox adam ölüb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T. Hacıyev/

Bakıda 6 ay ərzində yol qəzalarında 151 nəfər həlak olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, ilkin məlumata görə, yanvar- yun aylarında Bakıda 670 yol qəzası qeydə alınıb və nəticədə 151 nəfər ölüb, 738 nəfər xəsarət alıb.

Bu müddətdə qeydə alınan qəzalar, ölüm və xəsarət faktları ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 hadisə, 9 xəsarət artıb, ölüm faktı isə stabil qalıb.

Hadisələr əsasən sürət həddinin aşılması, ötmə və manevr etmə qaydalarının pozulması nəticəsində baş verib. Sürət həddinin aşılmasına görə 327 hadisə, 86 ölüm, 294 xəsarət alma qeydə alınıb. Ötmə və manevr etmə qaydalarının pozulması görə isə 85 hadisə, 25 ölüm, 142 xəsarət qeydə alınıb.

Baş verən hadisələrin 51,2 faizi piyadaların vurulması olub. Piyadaların təyin olunmayan yerdən keçməsi nəticəsində 343 hadisə baş verib - bunun nəticəsində 78 ölüm, 286 xəsarət alma faktı qeydə alınıb.

Hadisələr əsasən axşam saat 20:00-dan səhər saat 06:00-dək baş verib. Bu saatlarda 850 hadisə baş verib. Bu hadisələrin 116-sı ölümlə, 618-sı isə xəsarət alma ilə nəticələnib. Hadisələrin əksəriyyəti həftənin bazar gününə təsadüf edib.

Xəbər lenti

Xəbər lenti