...

Bakıda avtomobil yük qatarı ilə toqquşub: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisə Materials 16 İyul 2011 12:21 (UTC +04:00)
Nəticədə Həsənov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri - Bakı şəhər sakinləri Tural Abdullayev, Elxan Əlibəyov və İlqar Dadaşov isə xəstəxanaya yerləşdiriliblər.
Bakıda avtomobil yük qatarı ilə toqquşub: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobil yük qatarı ilə toqquşub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 01:05 radələrində Nizami rayonu, Heydər Əliyev prospektindəki qorunmayan keçiddə Bakı şəhər sakini Qəzənfər Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını "Azərsun Holdinq"ə məxsus yük qatarına vurub.

Nəticədə Həsənov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri - Bakı şəhər sakinləri Tural Abdullayev, Elxan Əlibəyov və İlqar Dadaşov isə xəstəxanaya yerləşdiriliblər.

Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti