...

Özbəkistanda baş vermiş zəlzələ nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur - səfirlik

Hadisə Materials 20 İyul 2011 17:51 (UTC +04:00)
İlkin məlumatlara görə, Özbəkistanda baş verən zəlzələ nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur.
Özbəkistanda baş vermiş zəlzələ nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur - səfirlik

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir S.Ağayeva/

İlkin məlumatlara görə, Özbəkistanda baş verən zəlzələ nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Özbəkistandakı səfirliyindən deyiblər.

Diplomatik missiyadan verilən məlumata görə, ötən gecə baş vermiş zəlzələ Özbəkistan vətəndaşı olan azərbaycanlıların kompakt yaşadığı rayonları da əhatə edib, lakin hələ ki səfirliyə zərər çəkən soydaşlarımız barədə məlumat daxil olmayıb.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən gecə respublika ərazisində baş verən zəlzələ nəticəsində 13 nəfər həlak olub, 86 nəfər yaralanıb.

"Fərqanə vilayətinin Riştan, Bağdad və Özbəkistan rayonlarında baş verən zəlzələ zamanı bəzi yaşayış tikililəri zərər çəkib. Nəticədə 13 nəfər həlak olub, 86 nəfərə ilk tibbi yardım göstərilib, 35 nəfər xəsətəxanaya yerləşdirilib", - Trend-in məlumatına görə, bu barədə çərşənbə günü KİV üçün yayılan məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, Prezident İslam Kərimovun tapşırığına əsasən, hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xəsarət alanlara hərtəfəli yardımın göstərilməsi üzrə operativ tədbirlər görür.

"Ölkə rəhbərliyi zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir", - məlumatda deyilir.

"Daşkənd" seysmoloji stansiyasının məlumatına görə, iyulun 20-də yerli vaxtla saat 00:35-də respublika ərazisində zəlzələ baş verib. Zəlzələnin episentri Daşkəndin 235 kilometr cənub-qərbində, Qırğızıstan ərazisində olub. Yeraltı təkanların maqnitudası 6,5-7 bal təşkil edib.

Xəbər lenti

Xəbər lenti