Azərbaycan, Bakı, 2 avqust /Trend/
Omsk Şəhər Şurasının deputatı Aleksandr Dmitriyev 400 milyon rubldan çox vəsaiti oğurlamaqda təqsirli bilinərək beynəlxalq axtarışa verilib. Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi xəbər verir.
İstintaqın məlumatına görə, Dmitriyev "AK-Bars Bank" ASC-nin Omsk filialının direktoru olan zaman bankın 400 milyon rubldan çox vəsaitini oğurlayıb.
"Deputata qarşı böyük məbləğdə fırıldaqçılıq və vəzifədən sui-istifadə etmə ittihamı irəli sürülüb", - komitənin xəbərində deyilir.