...

İrandan Azərbaycana daxili orqanlarında narkotik vasitələr keçirmək istəyən şəxslər saxlanılıb

Hadisə Materials 6 Avqust 2011 12:19 (UTC +04:00)
İrandan Azərbaycana daxili orqanlarında narkotik vasitələr keçirmək istəyən şəxslər saxlanılıb.
İrandan Azərbaycana daxili orqanlarında narkotik vasitələr keçirmək istəyən şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 5 avqust /Trend/

İrandan Azərbaycana daxili orqanlarında narkotik vasitələr keçirmək istəyən şəxslər saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildirilib ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, Azərbaycan vətəndaşı, Lənkəran şəhər sakini Sultanov Sabit Əlişan oğlu piyada yolu ilə İran İslam Respublikasından Azərbaycana gələrkən, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük nəzarətindən keçib, onun üzərində aparılmış şəxsi yoxlama zamanı tibbi müayinə nəticəsində Sultanovun mədəsində rəngli polietilenə bükülmüş şəkildə yumru-uzunsov formalı, 4 ədəd bükümdə, ümumi xalis çəkisi 8,197 qram təşkil edən narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 2,809 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Məlumata görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində isə İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əliyev Tural Faiq oğlunun üzərində şəxsi yoxlama zamanı, ondan gömrük nəzarətindən gizlədərək düz bağırsağında saxladığı, polietilendə qablaşdırılmış, bir ədəd bükümdə xalis çəkisi 1,2 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Cəlalov Natiq Rəşid oğlu saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun düz bağırsağından gömrük nəzarətindən gizlədilmiş, sellofanda qablaşdırılmış, bir ədəd uzunsov bükümdə, xalis çəkisi 37,410 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti