...

Abşeron rayonunda oğul anasını bıçaqlayıb

Hadisə Materials 25 Avqust 2011 12:39 (UTC +04:00)
Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Xırdalan şəhər sakini 21 yaşlı Samir Hüseynov anası Sevda Hüseynovanı bıçaqlayıb.
Abşeron rayonunda oğul anasını bıçaqlayıb

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Abşeron rayonunda oğul anasını bıçaqlayıb.

Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Xırdalan şəhər sakini 21 yaşlı Samir Hüseynov anası Sevda Hüseynovanı bıçaqlayıb.

Bir neçə bıçaq xəsarəti alan Hüseynova xəstəxanaya yerləşdirilib.

Abşeron rayonunda daha bir bıçaqlanma hadisəsi də baş verib. Rayonun Quşçuluq massivində yaşayan Əfirəngiz Axundova dayanacaqda naməlum şəxsin hücumuna məruz qalıb.

Rayon prokurorluğundan verilən məlumata görə, Axundova bir neçə bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Qadının istintaqa verdiyi məlumata görə, o, naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hər iki faktla bağlı Abşeron rayon polis şöbəsində Cinayət Məcəlləsinin Qəsdən sağlamlığa ağır zərər vurma (126.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti