...

Türkiyə vətəndaşının avtomobilini qaçıran şəxslər yaxalanıblar

Hadisə Materials 1 Sentyabr 2011 12:56 (UTC +04:00)
Türkiyə vətəndaşının avtomobilini qaçıran şəxslər yaxalanıblar. Bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Türkiyə vətəndaşının avtomobilini qaçıran şəxslər yaxalanıblar

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Türkiyə vətəndaşının avtomobilini qaçıran şəxslər yaxalanıblar. Bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyə vətəndaşı Atlı Nəsimiyə məxsus "VAZ-2107" markalı avtomaşın avqustun 13-də Bakının Nizami rayonu ərazisindən qaçırılıb. Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın rayon ərazisində aşmış vəziyyətdə tapılıb. Avtomaşını qaçırmış Bakı şəhər sakinləri Zabit Qarayev, Azər Məmmədov və Mirhəsən Bəkirov tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyulun 13-də Rza Mənsimova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmaları da müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti