...

Azərbaycanda bir gündə iki gənc özünü asıb

Hadisə Materials 7 Sentyabr 2011 10:47 (UTC +04:00)
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 1990-cı il təvəllüdlü Əliyev Atabəy Nizami oğlu Saray qəsəbəsindəki evində özünü asaraq intihar edib.
Azərbaycanda bir gündə iki gənc özünü asıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Abşeron rayonunda 21 yaşlı gənc intihar edib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 1990-cı il təvəllüdlü Əliyev Atabəy Nizami oğlu Saray qəsəbəsindəki evində özünü asaraq intihar edib.

Şabran rayonunda isə 17 yaşlı Ceyran Məmmədova yaşadığı evin həyətində özünü asıb.

Məmmədova xəstəxanaya aparılarkən yolda keçinib. O, ali məktəbə daxil ola bilmədiyi üçün intihar edib.

Hər iki faktla bağlı rayon prokurorluqlarında Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti