...

Tanınmış müğənninin qardaşını bıçaqlayan Samir Cavadzadə saxlanılmayıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 20 Sentyabr 2011 12:47 (UTC +04:00)
Azərbaycanı "Eurovision"da təmsil etmiş müğəninin qardaşı bıçaqlanıb.
Tanınmış müğənninin qardaşını bıçaqlayan Samir Cavadzadə saxlanılmayıb (ƏLAVƏ OLUNUB)

6-cı abzasdan sonra 21-ci polis bölməsinin məlumatı əlavə olunub (ilk xəbər 12:34-də yayılıb).

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanı "Eurovision"da təmsil etmiş müğəninin qardaşı bıçaqlanıb.

Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Mirəli Qaşqay küçəsi 32, mənzil 1 ünvanında Elvin Hüseynov boyun nahiyəsindən bıçaqlanıb.

O, ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına aparılıb.
İdarədən bildirilib ki, hadisədə şübhəli bilinən bir nəfər saxlanılıb.

Yayılan məlumatlara görə, Elvin Hüseynovu vuran şəxs "Eurovision" müsabiqəsində təmsilçimiz olmuş Samir Cavadzadədir.

Elvin Hüseynov isə Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil etmiş Elnur Hüseynovun qardaşıdır.

Nəsimi RPİ-nin 21-ci polis bölməsindən Trend-ə verilən məlumata görə, Elvin Hüseynova aralarındakı mübahisə zamanı otaq yoldaşı Samir Cavadzadə tərəfindən boyun nahiyəsindən yüngül bıçaq xəsarəti yetirilib.

Cavadzadə bölməyə çağırılıb və izahatı alındıqdan sonra buraxlılıb.

Xəbər lenti

Xəbər lenti