...

FHN: Bakıda yağan güclü yağışla əlaqədar iki sərnişin avtobusu yolda qalıb

Hadisə Materials 1 Oktyabr 2011 14:04 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda hava şəraiti ilə əlaqədar olaraq iki sərnişin avtobusunun yolda hərəkətsiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN: Bakıda yağan güclü yağışla əlaqədar iki sərnişin avtobusu yolda qalıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yağan güclü yağışla əlaqədar iki sərnişin avtobusu yolda qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda hava şəraiti ilə əlaqədar olaraq iki sərnişin avtobusunun yolda hərəkətsiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtobusda olan sərnişinlərin təxliyəsini həyata keçirib və nəqliyyat vasitələrini yolun kənarına çəkiblər.

Nizami rayonunda yağış suları nəticəsində magistral avtomobil yolunda nəqliyyatın hərəkətinin çətinləşməsi barədə məlumat daxil olub.

Hazırda nəqliyyatın hərəkətini təmin etmək məqsədilə xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yolda müvafiq işlər görürlər.

Xəbər lenti

Xəbər lenti