...

Yol polisi avtomobildən yarım kiloqramdan çox narkotik vasitə tapıb

Hadisə Materials 3 Oktyabr 2011 16:06 (UTC +04:00)
Yol polisi əməkdaşları avtomobildən yarım kiloqramdan artıq narkotik vasitə aşkar ediblər.
Yol polisi avtomobildən yarım kiloqramdan çox narkotik vasitə tapıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Yol polisi əməkdaşları avtomobildən yarım kiloqramdan artıq narkotik vasitə aşkar ediblər.

Daxili İşlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 1-də Yevlax-Zaqatala yolunun 12-ci km-də, Xanabad kəndinin ərazisində Göyçay rayon sakini Sənan Eyyubov "VAZ-2106" markalı avtomaşını idarə edərkən yol hərəkəti qaydasını kobud surətdə pozduğuna görə həmin ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman Eyyubov və sərnişini, Bakı şəhər sakini Vüqar Mehdiyev özlərini şübhəli apardıqlarından avtomaşına baxış keçirilib, orada 581,29 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti