...

"Diqqət, uşaqlar!" təhlükəsizlik aylığının nəticələri açıqlanıb

Hadisə Materials 19 Oktyabr 2011 13:06 (UTC +04:00)
Azərbaycanda "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində uşaqlarla bağlı 35 yol qəzası qeydə alınıb.
"Diqqət, uşaqlar!" təhlükəsizlik aylığının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində uşaqlarla bağlı 35 yol qəzası qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 10-dan oktyabrın 10-dək keçirilən təhlükəsizlik aylığı zamanı uşaqlarla bağlı yol qəzalarında 7 uşaq dünyasını dəyişib, 28-i xəsarət alıb.
Hadisələrdən 22-si piyada uşaqların vurulması ilə bağlıdır. Bu hadisələrdə 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Respublika üzrə qeydə alınan qəzaların 9-u Bakıda baş verib. Təhlükəsizlik aylığında yol qəzalarında 2 uşaq ölüb, 7-si yaralanıb. Paytaxtda uşaqlarla bağlı hadisələrin 7-si piyadaların vurulması olub (2 ölüm, 5 yaralı).

İdarədən bildirilib ki, hadisələrdə ölən və xəsarət alan uşaqlar 7-16 yaş qrupundandır. Aylıq ərzində 1 nəfər 6 yaşlı uşaq dünyasını dəyişib.

Küçə və yollarda məktəbyaşlı uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sentyabrın 10-dan oktyabrın 10-dək "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı keçirilib.

Xəbər lenti

Xəbər lenti