...

Sumqayıtda avtomobil hissələri oğurlayan dəstə zərərsizləşdirilib

Hadisə Materials 1 Noyabr 2011 12:37 (UTC +04:00)
Sumqayıtda avtomobil hissələrinin oğurluğu ilə məşğul olan dəstə tutulub.
Sumqayıtda avtomobil hissələri oğurlayan dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda avtomobil hissələrinin oğurluğu ilə məşğul olan dəstə tutulub.

Daxili İşlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 30-da Sumqayıtda yaşayan Türkiyə vətəndaşı Həsən Rəhbərə məxsus VAZ markalı avtomobildən sənədlər və maqnitofon oğurlanıb.

Bununla əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Təbriz Həsənov, Fərrux Rzayev, Abşeron rayon sakini Zülfi Həsənov və Gəncə şəhər sakini Sevda Abdulrəhmanova tutulublar.

Onların ətrafında aparılan tədbirlər nəticəsində oktyabr ayı ərazində 17 nəfər Sumqayıt şəhər sakininə məxsus sovet istehsalı olan avtomobillərdən oğurluq etdikləri məlum olub.

Dəstə üzvləri həmin avtomobillərdən maqnitofonlar, akkumlyator və səsgücləndirici oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti