...

Yaponiyanın cənubunda 6,9 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 8 Noyabr 2011 11:44 (UTC +04:00)
Çərşənbə axşamı səhər Yaponiyanın Okinava adasının sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.
Yaponiyanın cənubunda 6,9 bal gücündə zəlzələ baş verib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Çərşənbə axşamı səhər Yaponiyanın Okinava adasının sahillərində 6,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, xəbəri ABŞ Geoloji Xidməti yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Okinava prefekturasının inzibati mərkəzi olan Naxa şəhərindən 218 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 209 kilometr dərinlikdə olub. Məlumatı RİA "Novosti" yayıb.

Tələfat və dağıntılar, eləcə də sunami təhlükəsi barədə hələlik məlumat verilmir.

Martın 11-də Yaponiyanın şimal-şərqində 9 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələnin ardınca güclü sunami müşahidə edilmişdi. Təbii fəlakət nəticəsində həlak olan və itkin düşənlərin sayı təxminən 19 min nəfər idi ki, onların əksəriyyəti də nəhəng dalğaların qurbanı olmuşdu.

Sunami həmçinin daha bir fəlakətə - "Fukusima" AES-də qəzaya səbəb olmuşdu. Yaponiya bu fəlakətin nətincələrinin aradan qaldırılması üçün 30 il mübarizə aparmalı olacaq. Qəza radiasiya sızmasına yol açıb ki, bundan sonra radioaktiv maddələr içməli suda və qida məhsullarında aşkara çıxıb.

Xəbər lenti

Xəbər lenti