Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan ərazisində bayram günləri baş verən yol nəqliyyat hadisələri nəticəsində 21 nəfər ölüb, 70 nəfər isə xəsarət alıb. Bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.
Əliyevin sözlərinə görə, noyabrın 6, 7, 8, və 9-u ölkə ərazisində 60 yol nəqliyyat hadisəsi qeydə alınıb.
Şöbə rəisi bildirib ki, ən çox ölümlə nəticələnən ağır yol qəzaları noyabrın 6-sı və 7-də baş verib. Belə ki, noyabrın 6-da yol qəzalarında 7 nəfər, noyabrın 7-də isə 11 nəfər ölüb.
Azərbaycanda bayram günləri baş verən yol qəzalarında 21 nəfər ölüb, 70 nəfər isə xəsarət alıb
Azərbaycan ərazisində bayram günləri baş verən yol nəqliyyat hadisələri nəticəsində 21 nəfər ölüb, 70 nəfər isə xəsarət alıb.
