...

Bakıda maddi ziyanla nəticələnən 37 yol qəzası qeydə alınıb

Hadisə Materials 25 Noyabr 2011 16:25 (UTC +04:00)
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dünən Bakıda maddi ziyanla nəticələnən 37 yol qəzası qeydə alınıb.
Bakıda maddi ziyanla nəticələnən 37 yol qəzası qeydə alınıb

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dünən Bakıda maddi ziyanla nəticələnən 37 yol qəzası qeydə alınıb.

Bu barədə Trend-ə cümə günü Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Əsədov bildirib ki, bu hadisələr əsasən Yasamal rayonu ərazisində buz bağlamış küçə və yollarda qeydə alınıb.

Sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəbindən avtomobillər sürüşərək digər avtomobillərlə toqquşub. Nəticədə avtomobil sahiblərinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.

Bakıda dünən günün ikinci yarısından başlayan qarlı, şaxtalı hava şəraiti davam edir.

Xəbər lenti

Xəbər lenti