Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda Könül Kərimovanın mənzilindən oğurluq edən qadın tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, noyabrın 24-də Süleyman Rüstəmov küçəsində yaşayan Könül Kərimovanın evindən açıq qapıdan daxil olma yolu ilə 2200 manat və qızıl-zinət əşyaları oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Esmira Cumayeva dekabrın 10-da yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Bakıda Könül Kərimovanın mənzilindən oğurluq edən qadın tutulub
Bakıda Könül Kərimovanın mənzilindən oğurluq edən qadın tutulub
