...

Suriyada terror aktı nəticəsində 30 nərəf ölüb (FOTO)

Hadisə Materials 23 Dekabr 2011 15:15 (UTC +04:00)
Dəməşqin mərkəzində baş vermiş iki terror aktı nəticəsində 30 nəfər həlak olub, 50-dən çox adam yaralanıb.
Suriyada terror aktı nəticəsində 30 nərəf ölüb (FOTO)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir A.Tağıyeva/

Dəməşqin mərkəzində baş vermiş iki terror aktı nəticəsində 30 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Sana" agentliyi xəbər verir.

Partıayışlar ölkənin Dövlət Təhlükəsizlik Departamentinin yaxınlığında baş verib. Suriya hakimiyyəti terror aktına görə "əl-Qaidə" təşkilatının yaraqlılarını günahlandırır.

Dəməşqdə partlayışlar ərəb müşahidəçilər qrupunun ölkəyə gəlişinin ertəsi günü baş verib. Müşahidəçilərin vəzifəsi Ərəb Dövlətləri Liqasının (ƏDL) ölkədəki vəziyyəti qiymətləndirməsinə şərait yaratmaqdır.

Bu, Suriyada 9 ay əvvəl hökumət əleyhinə etirazların başlamasından sonra terrorçuların ilk əməliyyatıdır. Müxalifət hazırkı Prezident Bəşşar Əsədin hakimiyyətdən kənarlaşdırılmasını tələb edir.

BMT-nin məlumatına görə, Suriyadakı toqquşmaların qurbanlarının ümumi sayı beş min nəfəri ötüb.

Suriya hakimiyyətinin məlumatına görə, ölkədə silahlı müxalifətlə toqquşmalar zamanı iki mindən artıq hərbçi və hüquq-mühafizə orqanı əməkdaşları həlak olub. Suriya hakimiyyəti bəyan edir ki, hərbçilərə yaxşı silahlanmış yaraqlılar müqavimət göstərirlər.

Xəbər lenti

Xəbər lenti