Azərbaycan, Bakı, 26 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Bakı polisi avtomobillərin təkərlərini oğurlayan dəstəni zərərsizləşdirib.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Babək Mürsəlov, qardaşı Anar, Əhliman Kazımov və Mais Quliyev dekabrın 24-də tutulub.
Onlar dekabrın 22-nə keçən gecə Qara Qarayev prospektində Şükür Hüseynova məxsus "VAZ-2107", Elvin Möhsümova məxsus "VAZ-21114", dekabrın 23-nə keçən gecə isə Şərifli küçəsində yaşayan Oruc Kərimliyə məxsus "VAZ-2107" markalı avtomobildən təkərləri oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Bakı polisi avtomobillərin təkərlərini oğurlayan dəstəni zərərsizləşdirib
Bakı polisi avtomobillərin təkərlərini oğurlayan dəstəni zərərsizləşdirib.
