Azərbaycan, Bakı, 30 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Qəbələdə ağır yol qəzası baş verib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 29-da saat 10:10 radələrində Qəbələ rayonu ərazisində, rayon sakinləri İlqar Məsimovun idarə etdiyi "Mercedes" markalı yük avtomaşını ilə İttifaq Müttəhirovun idarə etdiyi "Ford" markalı mikroavtobus toqquşub.
Nəticədə Müttəhirov və sərnişini - oğlu Elnur hadisə yerində ölüb, xəsarət almış Məsimov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı cinayət işi başlanıb.