...

Ağsu aşırımında avtomobillərin hərəkətində problem yaranıb

Hadisə Materials 3 Yanvar 2012 14:18 (UTC +04:00)
Güclü qarın yağması Bakı-Şamaxı yolunda avtomobillərin hərəkətinə problem yaradıb.
Ağsu aşırımında avtomobillərin hərəkətində problem yaranıb

Azərbaycan, Bakı, 3 yanvar / Trend, müxbir K.Zərbalıyeva/

Güclü qarın yağması Bakı-Şamaxı yolunda avtomobillərin hərəkətinə problem yaradıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Bakı-Şamaxı yolunun Ağsu aşırımı adlanan ərazisində güclü qar yağması səbəbindən yolda hərəkət çətinləşib.

Onun sözlərinə görə, hazırda həmin yola texnikalar cəlb edilib və qarı təmizləyirlər.

Əliyev güclü qarın yağması səbəbindən respublikanın rayonlarına gedən yollardan hər hansı birinin bağlanmadığını, həmin yollarda hərəkətin olduğunu bildirib.

Şöbə rəisi hələlik həmin yollarda ağır yol qəzalarının qeydə alınmadığını qeyd edib.

Qeyd edək ki, qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba yolunun 141-ci kilometrliyindən 178-ci kilometrliyinədək olan hissədə, Muğanlı-İsmayıllı, Şamaxı-Mərəzə yollarında, Ağsu aşırımında nəqliyyatın hərəkəti çətinləşib.

Həmin yolların bir hissəsi buz bağlayıb.

Əliyev həmin yolların buz bağlaması səbəbindən bu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini tövsiyə edir.

Baş Dövlət Yol Polisi İdarəsi idarəetmə təcrübəsi olmayan sürücülərə şaxtalı, buzlu hava şəraitində yola çıxmamağı məsləhət görür.

Xəbər lenti

Xəbər lenti