Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Qubada 50 yaşlı qadın intihar edib.
Quba rayon prokurorluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, Birinci Nügədi kənd sakini, 1961-ci il təvəllüdlü, ailəli Xalidə Hüseynova evinin həyətindəki talvardan özünü asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.