...

Partlayan Türkiyə gəmisində həlak olan iki nəfərin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Yanvar 2012 15:22 (UTC +04:00)
Albaniya sahillərində batan Türkiyənin "Ədirnə" gəmisinin itkin düşmüş ekipaj üzvlərindən ikisinin meyiti şəxsiyyətin müəyyənləşdirilməsi üçün göndərilib.
Partlayan Türkiyə gəmisində həlak olan iki nəfərin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

İtkin düşənlər barədə məlumat əlavə olunub (ilk xəbər saat 14:07-də yayılıb)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbirlər A.Tağıyeva, E.İsmayılov/

Albaniya sahillərində batan Türkiyənin "Ədirnə" gəmisinin itkin düşmüş ekipaj üzvlərindən ikisinin meyiti şəxsiyyətin müəyyənləşdirilməsi üçün göndərilib. Bu barədə bazar ertəsi Trend-ə gəminin məxsus olduğu "Saygi Denizcilik ve Elektrik" şirkətindən bildiriblər.

"Meyitlərin tanınması yerli vaxtla günün ikinci yarısında başa çatacaq", - şirkətdən deyiblər.

Gəminin kapitanı Azərbaycan vətəndaşı Xəyyam Məmmədovdur, Gürcüstanın iki vətəndaşı Melkaz Lazişvili (bosman) və Beka Uruşadze (matros) itkin düşənlər arasındadır. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyasından məlumat veriblər.

"Saygi Denizcilik"dən deyildiyi kimi, kompensasiya məsələsi gəmini sığorta edən şirkətlə birgə müzakirə olunacaq.

Sığortaçının adı açıqlanmır.

İlkin məlumatlara görə, partlayışa səbəb yanacağın yüklənməsindən sonra gəminin tanklarında zərərsizləşdirmənin aparılmaması olub.

"Hazırda qəzanın səbəbləri araşdırılır. Araşdırmanın nəticəsindən sonra Azərbaycan tərəfinə bütün təfərrüatlar təqdim ediləcək", - administrasiyadan bildiriblər.

Ekipajın digər azərbaycanlı üzvləri Arif İmranov, Səfa İbrahimov və Ramil Məlikovdur.

"Hazırda ekipajın xilas edilmiş 12 üzvü tibb məntəqələrindədir", - administrasiyadan məlumat veriblər. Administrasiyadan qeyd ediblər ki, ekipajın üç üzvü itkin sayılır, onlar arasında gəminin kapitanı Məmmədov da var. Qalan iki üzv isə Gürcüstan vətəndaşlarıdır.

Türkiyəyə məxsus "Ədirnə" tankeri yük tanklarında partlayışdan sonra yanvarın 15-də Adriatik dənizində, Albaniyanın Durres limanından 3 mil aralıda batıb. Tanker Durresdə 3000 tondan çox yanacaq yükləyib.

"Ədirnə" tankeri IMO 7704291, yük tutumu 4112 ton, 1980-ci il istehsalı, Syerra Leone bayrağı, operator SAYGI DENIZCILIK VE ELEKTRIK.

Xəbər lenti

Xəbər lenti