...

Bakıda tuneldə bomba qoyulması xəbəri yayılıb

Hadisə Materials 26 Yanvar 2012 09:35 (UTC +04:00)
Nərimanov Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən naməlum şəxs Nərimanov rayonu Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən tunelə partlayıcı qurğu qoyulması barədə məlumat verib.
Bakıda tuneldə bomba qoyulması xəbəri yayılıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən gecə Bakıda bomba həyacanı yaşanıb.

Nərimanov Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən naməlum şəxs Nərimanov rayonu Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən tunelə partlayıcı qurğu qoyulması barədə məlumat verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb edilib.
Axtarış tədbirləri ilə əlaqədar olaraq nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Axtarış tədbirləri zamanı məlumat təsdiqini tapmayıb.
Nərimanov rayon polis idarəsi yalan məlumatı verən şəxsin kimliyini araşdırır.

Xəbər lenti

Xəbər lenti