...

Bakıda yaxın qohumunu odlu silahla yaralayan şəxs axtarışa verilib

Hadisə Materials 8 Fevral 2012 12:44 (UTC +04:00)
Bakıda yaxın qohumunu odlu silahla yaralayan şəxs axtarışa verilib.
Bakıda yaxın qohumunu odlu silahla yaralayan şəxs axtarışa verilib

Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda yaxın qohumunu odlu silahla yaralayan şəxs axtarışa verilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 7-də Xətai rayonu ərazisində yaşayan Müqabil Əliyevin evinə gəlmiş qohumu, Beyləqan rayon sakini İsmayıl Hümbətov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Müqabilə xəsarət yetirib və hadisə yerindən qaçıb.

Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Xətai Rayon Polis İdarəsi tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti