...

AMEA-nın Fizika İnstitutundan oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 15 Fevral 2012 11:09 (UTC +04:00)
Ötən ilin oktyabrında Azərbaycan Mili Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Çingiz Qacarın iş otağından oğurluq edən şəxslər saxlanılıb.
AMEA-nın Fizika İnstitutundan oğurluq edən şəxslər saxlanılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir K.Zərbalıyeva/

Ötən ilin oktyabrında Azərbaycan Mili Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Çingiz Qacarın iş otağından oğurluq edən şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ötən ilin oktyabrında Fizika İnstitutunun direktoru Çingiz Qacarın iş otağından açıq qapıdan keçmə yolu ilə detalları ilə birlikdə kompyuter oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Xəqani Hüseynov və Elşən Quliyev fevralın 14-də tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, onlar ötən il iyulun 30-da A.Şərifzadə küçəsində yaşayanlar Nazir İbrahimovun evindən kondisioner, Pərviz Əhmədovun mənzilindən isə qızıl boyunbağı oğurlayıblar.

Daha sonra onlar bu il yanvarın 3-nə keçən gecə A.Şərifzadə küçəsində yerləşən köşkdən açar seçmə yolu ilə pul, danışıq kartları, tütün, ərzaq məhsulları, yanvarın 23-də Vasif Abbasova məxsus 27 göyərçin, fevralın 13-də Növrəstə Şahverdiyevə məxsus köşkdən qıfılı sındırma yolu ilə meyvə və qazan dəsti, Arif Şirəliyevə məxsus emalatxanadan isə qapını sındırma yolu ilə elektrik cihazları oğurlayıblar.

Onlar barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti