...

Buenos-Ayresdə elektrik qatarı qəzaya uğrayıb, 600 nəfər xəsarət alıb

Hadisə Materials 22 Fevral 2012 20:00 (UTC +04:00)
Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzindəki "Once" stansiyasında şəhərətrafı elektrik qatarının platformadakı maneə ilə toqquşması nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.
Buenos-Ayresdə elektrik qatarı qəzaya uğrayıb, 600 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzindəki "Once" stansiyasında şəhərətrafı elektrik qatarının platformadakı maneə ilə toqquşması nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb, ən azı 40 nəfər əzilmiş vaqonlarda qalıb, ölənlər var. Bu barədə çərşənbə günü Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Ola bilsin ki, qəzada ölənlər var. Yaxınlıqdakı xəstəxanalara 550 sərnişin yerləşdirilib. Onlardan çoxu vaqonların şüşələrinin tamamilə sınması səbəbindən xəsarət alıblar. Təxminən 40 nəfər indiyə kimi elektrik qatarının içindədir", - C5N telekanalının efirində paytaxtın təcili tibbi yardım xidmətinin rəhbəri Alberto Kressenti deyib.

Xəbər lenti

Xəbər lenti